Qadin.NET / Soğan qabığı dəmləməsi ilə möhkəm və qalın saçlar

Soğan qabığı dəmləməsi ilə möhkəm və qalın saçlar

Soğan qabığı dəmləməsi saçları çox yaxşı möhkəmləndirir, tökülməsini azaldır, saçları daha qalın və sağlam edir.
Dəmləmə həmçinin baş dərisinin vəziyyətinə də müsbət təsir edir.


Dəmləməni hazırlamaq üçün 1 ovuc soğan qabıqlarının üzərinə 1 stəkan qaynar su tökülür, vam odda 1-2 dəqiqə ərzində qaynadılır, 1 saat ərzində dəmlənilir, süzülür və saçların diblərinə çəkilir. 30 dəqiqədən sonra saçlarınızı yaxşı yuyun.


Bu dəmləməni hər dəfə saçları yuduqda istifadə edə bilərsiniz.

10 noyabr 2020
GO BACK