Yay fəslində dəniz, xlor və günəşdən köhnələn saçlar qeyri-sağlam görünür.Üstəlik, fəsil dəyişkənliyi saçların tökülməsinə səbəb olur. Sizin öhdənizə düşən iş saçlarınızın korlanmış hissəsini kəsməkdir. Saç tipinizə uyğun şampunlar, kremlər və maskalarla saçlarınızın əvvəlki sağlam görünüşünə qovuşmasını təmin edə bilərsiniz. Saçlarınızın tökülməsinin qarşısını almaq üçün mütəmadi olaraq eyni şampundan istifadə edin. Nizamlı qulluqla saçlarınızı qışa sağlam bir formada hazırlaya bilərsiniz.
Budur, əməl etməli olduğunuz bir neçə məsləhət:
Saçlarınıza daim az şampun vurun.
Şampunla saç diblərinizə masaj edin.
Şampundan sonra saçlarınızın uc hissəsinə krem vurub bir neçə dəqiqə saxlayın.
Saçlarınızı yuduqdan sonra dəsmalla yumşaq hərəkətlərlə qurulayın.
Saça qulluq üçün evdə edə biləcəyiniz çox sadə, təbii bir maska təklif edirəm:
1 yumurtanın sarısı
2 x/qaşığı zeytun yağ
2 x/qaşığı badam yağı
1 x/qaşığı sirkə
1 çay qaşığı kəklikotu yağı
Hazırlanma qaydası:
Lazım olan vasitələrin hamısını bir qabda qarışdırın. Təmiz saçınıza diblərdən uclara doğru masaj edərək sürtün və saçlarınızı sellofanla 1 saat bağlayın, bir saatdan sonra yuyun. Bu maskanı 2 həftədən bir tətbiq edə bilərsiniz.