Qadin.NET / Quru saçlar üçün 3 maska

Quru saçlar üçün 3 maska

Quru saçlar üçün zeytun yağı

Zeytun yağını ilıq olana qədər isidin, saçınızın dibinə masaj edərək çəkin. Sonra bütün saçınıza zeytun yağını bərabər istiqamətdə sürtün. Başınıza papaq geyinin və 1–2 saatdan sonra saçınızı yuyun. Zeytun yağını quru saçlar üçün nəzərdə tutulan bütün maskalarda istifadə eləmək olar. Zeytun yağı saçları qidalandırır, hamarlaşdırır və onların artımını sürətləndirir.

Quru saçlar üçün kefirli maska

Kefiri və ya qatığı 37 dərəcəyə qədər qızdırın, saçınıza sürtün. Daha sonra dairəvi hərəkətlə saçınızın kökünə çəkin. Saçınızı sellofanla və ya dəsmalla sarıyın. 30 dəqiqədən sonra saçınızı yaxşıca isti su ilə yuyun. Belə maskalar vasitəsilə quru və kövrək saçların strukturunu bərpa etmək, həm də yaxşı nəmləndirmək onlar.

Quru saçlar üçün çaytikanı yağı

1 xörək qaşığı və ya 2 xörək qaşığı bitki yağına, 1 çay qaşığı çaytikanı yağı qarışdırmaq lazımdır. Alınan qarışımı saçımızın köklərinə yedirdirik. Sonra başımıza papaq qoyuruq. Bir saat sonra saçımızı şampunla yaxşıca yuyuruq. Maskanı həftədə iki dəfə tətbiq etmək lazımdır.

8 sentyabr 2020
GO BACK