Qadin.NET / Saç tökülməsinin qarşısını almaq üçün tövsiyələr

Saç tökülməsinin qarşısını almaq üçün tövsiyələr

Stresdən uzaq olun

Stresli olmaq, qeyri-sağlam qidalanma, yuxu problemlərinə səbəb olur. Qidalanmada və yuxudakı nizamsızlıq saç tökülməsinə səbəb olur. Stresdən və qayğıdan uzaq olmalısınız.

Feni qırağa qoyun

Əgər saçlarınız tökülürsə, fendən istifadə etməyin. Əks halda saçlarınızdakı nəmi qurudaraq saç tökülməsini daha çox artıracaqsınız. Mümkün olduqca saçlarınızı təbii formada qurumasını gözləməlisiniz. 

Saçlara vitamin dəstəyi

Saç tökülməsinin əsas səbəblərdən biri də vitaminsiz qalmasıdır. Saça da bədən kimi lazım olan vitaminləri verməlisiniz. Saçın ən çox ehtiyacı olan vitaminlər C vitamini, A vitamini və kalsiumdur. Bu vitaminləri portağal, banan, alma, ananas kimi meyvələrdən ala bilərsiniz.

16 iyul 2020
GO BACK