Tünd qəhvəyi və qara rəng çalarları
Qaba 1 ovuc mixək, 1 ovuc adaçayı və 500 ml su əlavə edin. Bütün ərzaqları 10 dəqiqə qaynadın. Əgər çox tünd rəng əldə etmək istəyirsinizsə, 1 yemək qaşığı qara çay əlavə edin. Qaynayan qarışımı süzün və 250 qram toz xınanın üstünə əlavə edin. Saçınıza çəkin və saç maskası taxıb 2 saat gözləyin. Gecə yatmadan saçınıza çəkə bilərsiniz, səhər yuyub qara saçlarınıza baxa bilərsiniz.
Qızılı rəng çaları
Qaba 1 fincan təzə dəmlənmiş qara çay, 1 çay qaşığı sirkə, 1 yemək qaşığı zeytun yağı, 1 yemək qaşığı qatıq, 1 fincan təzə sıxılmış nar suyu, 1 fincan şalgam suyu və 1 fincan qırmızı soğan qabığı suyunu yaxşıca qarışdırın. Qarışımı 3 saat saxladıqdan sonra sprey şüşəsinə tökün. Həftədə 1-2 dəfə istifadə edə bilərsiniz. Əvvəlcə saç diblərinə, sonra uclarına yedizdirin.
Sarı rəngli saç
Qabın içinə 500 ml su, 1 ovuc qurudulmuş çobanyastığı və 1 ovuc sarı adi dazı (sarı kantaron) əlavə edin. Bu qarışımı 40 dəqiqə aşağı dərəcədə qaynadın. Qaynayan qarışımı qırağa qoyun və 1 gün ərzində saxlayın, sonra təmiz sprey şüşəsinə tökün. Həftədə 1-2 dəfə istifadə edə bilərsiniz. Qarışımı əvvəlcə saç diblərinə, sonra uclarına yedizdirin.