Qadin.NET / Baxımlı saçlar üçün 4 saç maskası

Baxımlı saçlar üçün 4 saç maskası

1. Yumurtalı saç maskası

 Yumurta maskası, saçların daha sürətli uzanmasına və daha parlaq görünməsinə səbəb olur. Saç tökülməsini azaldır. 

Kasanın içinə 1 yumurta əlavə edin. Üstünə 1 su stəkanı süd, 2 yemək qaşığı limon suyu və 2 yemək qaşığı zeytun yağı tökün. Bütün ərzaqları yaxşıca çırpın və saçınıza çəkin. Saçınızı dəsmalla örtün. Maskanı 20 dəqiqə saxlayıb, soyuq su ilə durulayın. Bu maskan həftədə 1 dəfə istifadə edə bilərsiniz.

2. Bananlı saç maskası

Banan maskası, saça itirdiyi nəmi geri verir. Beləliklə, saçlar daha parlaq və yumşaq görünür. Davamlı istifadə etdikdə kəpək problemi azalır. 

Kasanın içinə 2 ədəd qabığı soyulmuş banan, 1 yemək qaşığı zeytun yağı, 1 yemək qaşığı Hindistan qozu yağı və 1 yemək qaşığı bal əlavə edin. Bütün ərzaqları qarışdırın. Əldə etdiyiniz qarşımı saç diblərinə və saçınıza masaj edərək hopdurun. Maskanı 10 dəqiqə ərzində saçınızda saxlayın və ilıq su ilə durulayın. Bu maskanı həftədə 2 dəfə istifadə edə bilərsiniz.

3. Qatıqlı saç maskası

Bu maska, B və D vitamini tərkibli olduğu üçün saçları qidalandırar və nəmləndirər. Qırılmanın qarşısını alır.

Qaba 5 yemək qaşığı qatıq, 1 yemək qaşığı alma sirkəsi və 1 yemək qaşığı bal əlavə edin. Qarışdırın. Saç diblərindən uclara doğru çəkin. 15 dəqiqə saçda saxlayıb soyuq su ilə durulayın. Həftədə 2 dəfə istifadə edə bilərsiniz.

4. Avokadolu saç maskası

Saçın itirdiyi canlılığı geri qazandırır. Saçların daha sürətli uzanmasına kömək edir. 

Kasaya 1 kiçik avokado, yarım su stəkanı süd, 1 yemək qaşığı zeytun yağı və 1 yemək qaşığı badam yağı əlavə edin. Bütün ərzaqları qarışdırın. Saçın dibindən ucuna doğru çəkin. 15 dəqiqə saxlayıb durulayın. Həftədə 1 dəfə istifadə edə bilərsiniz.
 

22 iyun 2020
GO BACK