Qadin.NET / İpək kimi saçlar üçün mayonez maskası

İpək kimi saçlar üçün mayonez maskası

İpək kimi mükəmməl saçlar üçün mayonezli saç maskasını tətbiq etmək yaxşı seçim olacaq. Maska hər tip saça uyğundur.


Saç maskası üçün lazım olanlar:
Mayonez (sarımsaqlı ola bilər)
Yumurta (yumurta əlavə etməsəniz də olar)
Bal
Hindistan qozu yağı (əvəzinə zeytun yağı olar)

Yuxarıdakı ərzaqlara qatıq, sirkə, limon suyu, avokado əlavə edib fərqli kombinasiyalar yarada bilərsiniz.


Maskanın tətbiqi:
Yağı tavada çox xəfif isidib yumurtana istisna olmaqla digər ərzaqları əlavə edin və qarışdırın. (yumurta istifadə etmək istəyirsinizsə, yağı isitməyin.)

30-40 dəqiqə saçda saxladıqdan sonra saçınızı şampunla yuyun və durulayın. Dəsmalla qurulayın. Saçlarınızdakı fərqi görəcəksiniz. 
Maska boyalı saçlar üçün həftədə 1 dəfə istifadə oluna bilər. Maskanı həftədə bir dəfə istifadə etdikdə baş ağrılarınızın azaldığını görəcəksiniz.


17 iyun 2020
GO BACK