Ev şəraitində hazırlana biləcək bu qarışığı bir neçə dəfə tətbiq etdikdən sonra artıq təsirini görməyə başlayacaqsınız. Qarışıq təkcə saç tökülməsinə deyil, artımına da kömək edəcək.
Bunun üçün lazım olanlar:
— 1 yemək qaşığı lavanda otu
— 1 yemək qaşığı at pıtrağı otu
— 1 yemək qaşığı gicitkən otu
— 1 yemək qaşığı yatıqqanqal otu
Bu otları qarışdırıb üzərinə 2 stəkan qaynar su tökün, qapağın altında 1 saat dəmləyin, süzün. Saçlarınızı yuduqdan sonra bu dəmləmə ilə yaxalayın.