1. Təmizləyici şampundan istifadə edin
Gündəlik olaraq təmizləyici şampunla saçınızın yağlanma probleminin qarşısını ala bilərsiniz. Yağlanmaya qarşı olan məhsullardan istifadə edin.
2. Sadəcə saç ucları
Yağlı saçlarınız varsa, saç dərinizə saç kremi çəkməyin. Saç kremi saçlarınızın dibini ağırlaşdırır. Onun yerinə saçların ortasından başlayıb ucuna doğru tətbiq edin.
3. Saçınıza toxunmayın
Saçınıza davamlı olaraq toxunmaq barmaqlarınızın ucundakı yağı saçınıza ötürəcək. Bu da saçlarınızın yağlı görünməsinə səbəb olacaq.