Qadin.NET / Saç rənginin təbii yolla açılması

Saç rənginin təbii yolla açılması

Saç rənginin təbii yolla açılması

 
Əgər saçınızın rəngindən məmnun deyilsinizsə, saçımın rəngi bir az daha açıq olsa daha gözəl olardı,- deyə düşünürsünüzsə,o zaman bu xəbər tam sizə görədir. Saçınızı rəngləmədən rəngini açmaq  istəyirsinizsə, bunu bitki mənşəli yollarla asanlıqla edə bilərsiniz. Bu üsullardan biri çobanyastığı  suyundan istifadə edərək saç rəngini açmaqdır. 


Bunun üçün təbii məhsul satılan mağazalardan yarım kilo qurudulmuş çobanyastığı çiçəyi alın. Onu orta boy ölçülü bir qazanın içinə qoyub üzərini örtəcək qədər su əlavə edərək qaynadın. Qaynatdıqdan sonra çobanyastığı suyunu süzüb soyudun. Soyumuş çobanyastığının suyunu sprey şüşəsinin içinə doldurun. 



Saçlarınızı darayıb çobanyastığı suyunu, saç rəngini açmaq istədiyiniz hissələrə vurun. Çobanyastığı suyunu saçlarınıza çəkdikdən sonra saçlarınızı  1 saat ərzində yumayın. 1 saatdan sonra duşa girib saçlarınızdakı çobanyastığı suyunu durulayın. Nəmləndirici xüsusiyyəti olan şampunla yuyub duruladıqdan sonra saç kremi sürtün. Saçınız istədiyiniz tona çatana qədər bunu həftədə 1 dəfə təkrar edin.Saçınızın ehtiyac duyduğu nəm və vitamini təmin etmək üçün hər yuyulmada saç kremi istifadə edin.

22 mart 2012
GO BACK