Saç tökülməsinin qarşısını almaq və saçları uzatmaq üçün evdə hazırlaya biləcəyiniz kremin hazırlanma qaydasını sizə təqdim edirik.
Lazım olan ərzaqlar:
3 ədəd sürtgəcdən keçirilmiş kök
1 stəkan Hindista qozu südü
Hazırlanması və tətbiqi:
Kökü sürtgəcdən keçirin və təmiz bintlə suyunu sıxın. Homogen qarışım əldə edənə qədər kök suyunu hindistan qozunun südünü qarışdırın.
Tətbiqindən əvvəl saçlar da, başdərisi də təmiz olmalıdır. Bundan əvvəl saçınızı yumağı tövsiyə edirik.
Kremi saçınıza tətbiq edərkən kökdən uca hər yerə yaydığınızdan əmin olun. Baş dərisinə masaj etmək üçün barmaq uclarınızı istifadə edin. Bunu 5 dəqiqə ərzində davam etdirin.
Kremin təsir etmək üçün saçınızı yarım saat ərzində başlıq taxın.
Son olaraq, bol su və biraz şampunla durulayın.
Həftədə 1 dəfə təkrar edin.