Gündəlik olaraq istifadə etdiyimiz bütün gözəllik məhsullarının tərkibi haqqında heç nə bilmədiyimiz çox maddə var. Ona görə sağlam nümunələr üçün araşdırmalar apardıq və bəzi gözəllik məhsulların mümkün olduğu qədər təbii yollarını tapmağa çalışdıq. Bu sizi də maraqlandıracaq və yeni şeylər yoxlamağa həvəsləndirəcək. Ən son yoxladığımız araşdırma saç baxımı üçün şampun yerinə bal istifadə etmək oldu.
Nə qədər təbii olsa, o qədər yaxşıdı
Adi şampun əslində saç dərisini təmizləmək üçün istehsal olunur. Amma saç nə qədər çox yuyulursa, o qədər çox yağlanır. Gündəlik yuma, yağların çox sürətli formada soyulmasına səbəb olur, bu da yağları itirməmək üçün əvəz etməyə təşviq edir. Təbii olaraq yağlı saçlarınız varsa, sadəcə 2-3 gündən bir yumağınızı tövsiyə edirik.
Parlaq və təmiz saçlar
Saç baxımı üçün əsl bal aldığınızdan əmin olun (tərkibində şəkər, su və ya qoruyucu maddə olmayan). Boş stəkana bir yemək qaşığı bal qoyun və bir neçə qaşıq isti su əlavə edib qarışdırın. Qarışım ilə saçlarınıza və saç diblərinə masaj edin. Saç uclarınızı islatmağınıza ehtiyac yoxdur, su və bal axacaq. Bir neçə dəqiqə saxlayın. Saçlarınızı diqqətli formada yuyun. Artıq saç kremi istifadə etməyə ehtiyac yoxdur.