Qadin.NET / Evdə hazırlaya biləcəyiniz saç boyaları

Evdə hazırlaya biləcəyiniz saç boyaları

 

1.Sarı tonlar üçün saç boyası

Qazana 500 ml su, 1 ovuc qurudulmuş çobanyastığı və 1 ovuc adi dazıotu əlavə edin. Hazırladığınız qarışımı 40 dəqiqə qaynadın. Sonra 1 gün saxlayın. Sonra təmiz sprey şüşəsinə əlavə edin. Həftədə 1-2 dəfə istifadə edə biləcəyiniz bu qarışımı əvvəl saçlarınızın diblərinə, ardından uclarına çəkin. Ən az 1 saat günəş işığında saxlamağı unutmayın.

 

Evdə hazırlaya biləcəyiniz saç boyaları

 

 

2. Qəhvə tonları üçün saç boyası

Kasada 1 fincan təzə dəmlənmiş qara çay, 1 çay qaşığı sirkə, 1 yemək qaşığı zeytun yağı, 1 yemək yaşığı qatıq, 1 fincan yaşıl çay və 1 fincan adaçayını suyunu qarışdırın. Hazırladığınız bu qarışımı 3 saat saxlayın. Sonra sprey şüşəsinə doldurun. Həftədə 1-2 dəfə istifadə edə biləcəyiniz bu qarışımı əvvəl saçlarınızın dibinə, sonra isə uclarına endirin. 

 

Evdə hazırlaya biləcəyiniz saç boyaları

 

 

3. Tünd qəhvə və qara tonlar üçün saç boyası

Qazana 1 ovuc qərənfil. 1 ovuc adaçayı və 500 ml su əlavə edin. 10 dəqiqə qaynadın. Əgər çox tünd rəng olmağını istəyirsinizsə qazana 1 yemək qaşığı qara çay əlavə edə bilərsiniz. Qaynayan qarışımı süzün və 250 qram xınanın üzərinə əlavə edin. qarışdırandan sonra bu qarışımı saçlarınıza çəkin. 2 saat gözləyin. İstəsəniz gecə yatmamışdan əvvəl edib səhər oyandığınızda yuya bilərsiniz. 

 

Evdə hazırlaya biləcəyiniz saç boyaları

 

 

4. Qızılı tonlar üçün saç boyası

Kasaya 1 fincan təzə dəmlənmiş qara çay, 1 çay qaşığı sirkə, 1 yemək qaşığı zeytun yağı, 1 yemək qaşığı qatıq, 1 fincan təzə sıxılmış nar suyu, 1 fincan şalğam suyu və 1 fincan qırmızı soğan qabığı suyunu yaxşıca qarışdırın. 3 saat saxlayın. Sprey şüşəsinə doldurun. Həftədə 1-2 dəfə istifadə edə biləcəyiniz bu qarışımı əvvəl saçlarınızın diblərinə, sonra isə uclarına çəkin.

 

Evdə hazırlaya biləcəyiniz saç boyaları

 

 

18 fevral 2020
GO BACK