Saçlarınızın tez uzanmasını istəyirsinizsə, bu düstur tam sizə görədir.
Vəsaitlər:
1- 1 qəhvə fincanı zeytunyağı
2- 1 cay qaşığı kətan toxumu yağı
3- 1 cay qaşığı gicitkən toxumu yağı
4- 1 cay qaşığı çörəkotu yağı
5- 1 cay qaşığı cəfəri toxumu yağı
Hazırlanması və Tətbiqi:
Vəsaitləri qarışdırdıqdan sonra benmari üsulu bir az istilədin. Ilıyan yağ qarışığını saç diblərinizə yaxşıca yedirin və naylonla sarıyın. Ən az 2 saat gözlədikdən sonra saçınızı şampunla yuyun. Bu müalicəni həftədə bir dəfə tətbiq edə bilərsiniz.
Saçlarınızın uzanması üçün düzənli qidalanmanız çox əhəmiyyətlidir. Yarım yetkin avokado, 2 ədəd bildirçin yumurtası, 2 şorba qaşığı küncüt yağını qarışdırıb boya sürər kimi bütün saçınıza tətbiq edin.
Ardından saçlarınızı naylonla toplayıb 2 saat gözləyin. Ardından saç tipinizə uyğun bir şampunla yuyun.
Saçların uzanmasını sürətləndirmək üçün ediləcək ən yaxşı şey saçların uzanmasını azaldan faktorları aradan qaldırmaqdır.
Sağlam qidalanma, xüsusilə tərəvəz və meyvələrin çoxluq təşkil etdiyi qidalanma tərzləri, bol su içmək, nizamlı və normal yuxu çox əhəmiyyətlidir. Stress yaratdığı adrenalin kimi hormonlar yolu ilə damarların daralmasına gətirib çıxarar və saç köklərində bəslənməyi pozar. Saç dərisinə tətbiq olunacaq isti dəsmallar, yüngül masajlar bu bölgədə qan dövranını artırar və saç köklərinin normal bəslənməsini təmin edər.
Video:
Qadın gözəlliyi və Saçlar
Saç qırılmalarına qarşı protein müalicəsi
Saç uzatma məlhəmləri