1. Dırnaq boyasını qat-qat çəkməyin
Dırnaq boyasının daha tünd görünməsi üçün qat-qat çəkmək istəyə bilərsiniz. Ancaq bu hal gec quruyacaq, asanlıqla soyulacaq və pozulacaq. İki incə qat-qat çəkə bilərsiniz. Beləliklə, daha tez quruyacaq.
2. Qurudan sprey alın
Kosmetik mağazalarında satılan quruducu spreyləri yoxlayın. İlk baxışda baha olduğunu düşünə bilərsiniz, ancaq uzun müddət istifadə edəcəyiniz bu spreylər dırnaqlanızı tez qurudaraq sizə zaman da qazandıracaq.
3. Fendən istifadə edin
Hamının evində fen var. Bu dırnaq boyasını qurutmaq üçün də faydalı ola bilər. Amma istilik dərəcəsini azaldın və barmaqlarınızı yandırmayın.
4. Buzlu suda saxlayın
Dırnaq boyasını çəkdikdən sonra əllərinizi buz dolu suya soxun və 5 dəqiqəyə qədər gözlətməyə çalışın. Soyuq və buzlu su dırnaq boyasını anında qurudacaq.