Dırnaq ətlərini yumşaltmaq üçün duş sonra manikür daha faydalıdır. Bundan əlavə aşağıdakı maska ilə də dırnaq ətlərinizi yumşalda bilərsiniz.
Lazım olan ərzaqlar:
1 çay qaşığı zeytun yağı
1 çay qaşığı aloe vera geli
1 çay qaşığı limon suyu
Hazırlanması:
Bütün ərzaqları bir qabın içində qarışdırın və bu qarışımı dırnaq ətlərinə çəkin. 5 dəqiqə qədər masaj edərək dırnaq ətlərinizin bu qarışımı əmməsinə şərait yaradın. Sonra əllərinizi isti su ilə yuyub nəmləndirin.