Dırnaq əti sərtləşdikdə xoş olmayan görüntü yaranır. Dırnaq ətinə baxım etməyə duşdan sonra başlayın. Duşdan sonra dırnaq ətləri yumşalır, manikür olduqca asanlaşır. Dırnaq əti baxımı üçün xüsusi qarışımı təqdim edirik.
1 çay qaşığı zeytun yağı
1 çay qaşığı aloe vera geli
1 çay qaşığı limon suyu
Hazırlanması
Bütün ərzaqları bir qabın içində qarışdırın və bu qarışımı dırnaq ətlərinə çəkin. 5 dəqiqə masaj edin. Ardınca əllərinizi isti su ilə yuyub nəmləndirici çəkin.