Dırnaqlar, dəri və saçlarda olan protein və keratindən qidalanır. Zəif və qırılqan dırnaqların səbəbi isə yaş, ətraf və xəstəlik kimi müxtəlif faktorlardır. Sizdə həssas və qırılqn dırnaqlar sahibsinizsə, mətbəxinizdə olan məhsullar ilə dırnaqlarınıza baxım edərək gücləndirə bilərsiniz. Sizlərə acı bibərli təbii dırnaq baxımı maskasını təqdim edirik:
Tərkibi:
10 damla soyuq su
1 çay qaşığı krem
Yarım çay qaşığı qırmızı bibər
Hazırlanması:
Su, qırmızı bibər və kremi yaxşıca qarışdırın. Hazırladığınız qarışımı dırnaqlarınızın içinə və üzərinə çəkərək 10 dəqiqə gözləyin. Bunu ayda bir dəfə edə bilərsiniz.