Qısa və küt dırnaqlar
Torpaq və metalik rənglər qısa dırnaqlarınızı daha uzun göstərəcəkdir. Bu tip dırnaqlar qısa və geniş olduğu üçün qara və mavi rəng tonlarından uzaq durmalısınız.
Qısa və dairəvi dırnaqlar
Tünd və qırmızı rənglər bu forma dırnaqlar üçün daha çox uyğundur. Lak çəkərkən dırnağın qıraqlarına çəkməyin. Bu dırnaqlarınız daha incə göstərəcəkdir.
Uzun və incə dırnaqlar
Bu dırnaqlar laksız da daha gözəl görsənir. Bu dırnaqlara bordo rəngi çəkilsə çox cəlb edici görsənəcəkdir. Topraq rəngi də istifadə edə bilərsiniz. Mavi və bənövşəyi rənglərdən uzaq durun.
Uzun və geniş dırnaqlar
Bu cür dırnaqlara sahibsəniz, istədiyiniz rəngdən istifadə edə bilərsiniz.