Havalar isindikcə paltarlarımızı, səndəllərimizi və incə üst geyimlərimizi ortaya çıxardırıq. Hətta üzümüzə daha xəfif makyajla, dirnaqlarımıza rəngli boyaları sürtməyə başlamışıq.
Çox gözəl, bəs ayaqlar? Səndəllər üçün sən hazır ola bilərsən, bəs ayaqlar hazırdırmı? Narahatlığa dəyməz, hələ səndəl mövsümünə var. Amma indidən hazırlaşmağa başlamaqda fayda var. Bizdən demək...
1-ci addım: isti su
Pedükürə başlamadan öncə geniş bir qabı isti su ilə doldur. Suyun içinə yumşaldıcı yağlar və ya limon damcıları əlavə edə bilərsən. Bununla da kiçik pedükür prossesini əyləncəli bir hala gətirə bilərsiniz. Bu şəkildə 10 dəqiqə gözlə.
2-ci addım: dabanlarını yumşalt
Ayaqlarını suda saxladıqdan sonra yumşalmış dabanlarını dabandaşı ilə sürtməlisən. Ölü dəridən təmizlənən daban yumşalacaq və sağlam görünəcək.
3-cü addım: artıq ətlər
Ayaq dırnaqları isti suda yumşaltdıqdan sonra dırnaq kənarındakı ətlərini təmizlə. Bunu ətləri yuxarı itələməklə etmək lazımdır, onları kəsmək məsləhət görülmür.
4-cü addım: yonmaq
Ayaq dırnaqlarını küt bir şəkildə yonmağı məsləhət görürük. Beləcə daha dəbli görünəcək və boya çəkiləndə daha səliqəli görünəcək.
5-cü addım: boya zamanı
Yaz mövsümündə bizim tövsiyəmiz rəngli boyalardır. Sən də bu yazın dəbdə olan rəngini seçməklə ayaq dırnaqlarını gözəlləşdirə bilərsən. Dırnaq boyasını sürtməzdən qabaq qidalandırıcı boyanı sürtməklə dırnaqlarının zərər görm
əsinə mane ola bilərsən
Yaz aylarında parıldadıcı boyalar dəbdə olur. Sən də boyanın üzərindən bir də parıldadıcı sürtərsənsə əyləncəli bir görüntü almış olarsan. Sınamağa dəyər!