Rusiyanın 2005-ci ildən fəaliyyət göstərən "ParkByutiRus" kompamiyası keyfiyyətli ORLY
məhsulları ilə nəinki xanımlara yüksək xidmət göstərir,həm də manikür sənətinin incəliklərini də öyrədir.
Sizlərə həmin kompaniyadan manikür ustası İrina Dedenevanın bir işini təqdim edirik.
1.Addım
Dırnaqların boya ilə örtülməsi.
Dırnaqlar təmizləndikdən sonra onlara 2 qat ORLY markalı (40670) dırnaq boyası çəkilir.
2.Addım
Naxışvurmanın birinci mərhələsi.
Qurumuş dırnaq boyası üzərini xüsusi dizayn fırçası ilə (40632) ağ rəngli boya ilə əşləyin.
3.Addım
Naxışvurmanın ikinci mərhələsi.
Dizayna sehrlilik və orijinallıq vermək üçün şəffaf gümüş rəngli parıltılı (40664) boyadan istifadə edin.
4.Addım
Bəzəkvurma mərhələsi
Əvvəlki mərhələdə işlədiyiniz naxışın tam ortasına daş yapışdırın.Günəşin şüaları altında parıldayacaqdır.
5.Addım
Hazır dizaynı möhkəmləndirmək və boyanı tez qurutmaq üçün boya qurutma aerozolundan istifadə edin.
Bu preparat həm də boyalı dırnaqlara parlaqlıq verəcəkdir.
Bu cür dırnaq dizaynını daha romantik və daha emosinal xanımlar çox bəyənirlər.