Bütün qadınlar gözəl və baxımlı dırnaqlara sahib olmaq istəyir. Lakin gözəl və baxımlı dırnaqlara sahib olmaq hər zaman asan olmur. Bunun ən əsas səbəbi də uzun dırnaqların asan qırılmasıdır. Dırnaqlarımızın qırılmaması üçün nələr edə bilərik? Dırnaqlarımızı daha sağlam bir şəkildə necə saxlamalı? Tez və sürətli şəkildə uzanmasını necə təmin edə bilərik?
Dırnaqların qırılmaması üçün ən gözəl vasitə maskalardan istifadə etməkdir. Çölə çıxmayacağınız bir axşam hələ dırnaqlarınıza dırnaq boyası sürtməmiş onlara pambığın köməyi ilə yod çəkin. Bunu edərkən dırnaqlarınızın hər yerinə yaxşıca sürtün. Dırnaq boyası çəkməyin və dırnaqlarınızı yumayın. Elə yatın və səhər qalxandan sonra istəsəniz dırnaq boyasından istifadə edə bilərsiniz. Bu proseduranı həftədə bir və ya iki həftədə bir həyata keçirin. Bu, dırnaqlarınızı gücləndirəcək.
Dırnaqlarınızın qırılmadan uzanması üçün bir neçə gündən bir manikür etməyə və dırnaq boyasını yeniləməyə laqeyd yanaşmayın.
Dırnaqlarınızın qırılmaması üçün bir başqa məsləhətimiz də var: yarım limonun suyunu, bir çay qaşığı limon adekolonu və iki çay qaşığı gliserini qarışdırın. Daha sonra bu qarışığın içinə dırnaqlarınızı qoyun. Hər gün bu üsul sayəsində dırnaqlarınızın daha güclü olacağını görəcəksiniz.
Əgər dırnaqlarınız qopursa, onlara badam və zeytun yağı sürtmək də yaxşı nəticə verə bilər.
Dırnaqların qırılmaması üçün nə etmək lazımdır? Dırnaq necə uzadılır?
Dırnaqlarınızı səliqəyə salarkən yan qisimlərini mümkün olduqca yonmayın, beləcə dırnaqlarınız daha az kövrək olacaq.
Gün ərzində 5-6 ədəd badam yemək dırnaqlarınıza müsbət təsir edəcək. Çünki badamın tərkibində dırnaqlarınızın ehtiyac duyduğu vitaminlər vardır.
Gündə bir neçə dəfə dırnaqlarınızı yan qisimlərə doğru fırçalayın, beləcə dırnaqlarınızdakı qan axını sayəsində dırnaqlarınız daha sürətli şəkildə uzana biləcək.
Barmaqlarınızı buğda yağında 3-4 dəqiqəlik isladın. Pambıqla yağı silib, dırnaq hissələrini masaj edin. Bununla zəif və tez-tez qırılan dırnaqlarınızı gücləndirəcəksiniz. Əlbəttə ki, digər yağları da yoxlamaq istəyə bilərsiz, lakin heç biri buğda yağı qədər təsirli olmayacaq.
Təzə xiyarı qabıqları ilə birlikdə əzin. Üzərinə bal şamı əlavə edib məlhəm olana qədər badam yağı ilə qarışdırın. Hazırladığınız məlhəmi barmaq uclarına çəkin. Bu sizin əllərinizin gözəlliyini qorumağa kömək edəcək.