Əziz Qadın. netli xanımlar, sizlərə ev şəraitində manikür etməyin ikinci hissəsini təqdim etmək istəyirəm. Bu manikürü etmək çox asandır. Bunun üçün bizə qırmızı və ağ dırnaq boyası lazımdır. Dırnağa çəp şəklində yarısına ağ, yarısına isə qırmızı boya çəkirik, sonra ağ hissəyə iynəni qırmızı boyaya batırıb xallar qoyuruq.
Bu manikürü etmək üçün isə əvvəlcə dırnağımıza ağ boya çəkib quruduruq. Sonra adicə selofanı ikiyə qatlayıb, ürək şəkili kəsib dırnağımızın üstünə qoyuruq. Daha sonra adi lifin bir hissəsinə şəkildəki kimi iki rənk lak çəkirik. Sonra lifi dırnağımızın üstünə qoyub çəkirik. Selofanı açdıqdan sonra dırnağınızda iki rənk ürək rəsmi alınacaq.
Bu manikür isə qarpız dilimini xatırladır . Burda gördüyümüz kimi dörd rəng dırnaq boyasından istifadə edilib . Bu manikürü etmək üçün birinci qırmızı boyadan başlanılıb, davamınıda şəkildəki kimi edirik.
Bu manikürdə də gül çəkmək üçün yaşıl dırnaq boyasının üstündən ağ dırnaq boyası ilə dairə şəkilində bir-birinə yaxın xallar qoyuruq, daha sonra ortasına sarı boya ilə xal qoyulur. Çiçəkli manikürümüz hazırdır.
Iki rəngli manikürü etmək üçün əvvəlcə klonkanın üzərinə zövqümüzə görə iki rənk çəkirik, sonra onu çöp vasitəsi ilə açacağıq. Qarışdırırıq, sonra lifi bu boyaya batırıb dırnağımıza qoyuruq, sonra bu manikür alınır.
Bu manikür qış ayları üçün daha uyğundur. Bu manikürdə dırnağımıza qar dənəcəyi çəkirik. Bunu etmək gördüyünüz kimi çox asandır. Bunun üçün bizə göy və ağ dırnaq boyası lazımdır. Göy boyanın üstündən ağ boya ilə bu şəkildə qar dənəsi çəkirik.
Gördüyümüz kimi bu rəngli manikürü yağışqan vasitəsilə edirik . Bunun üçün istədiyiniz rəng dırnaq boyası ilə dırnağınıza bu şəkilləri verə bilərsiz.
Bu manikür isə gənc xanımlara daha çox yaraşır. Dırnaqlarda gilas şəklini çəkmək üçün şəkildə göstərildiyi kimi iynədən istifadə edə bilərsiz.
Bu manikürdə olduqca zərifdir. Bunun üçün əvvəlcə dırnağınıza fransız manikürü edin. Quruduqdan sonra hər hansı bir güpür parçanı dırnağınızın üstünə qoyub üstündən boya çəkin. Sonra parçanı götürün, bu zaman güpür parçanın naxışı dırnağınıza düşəçəcək. Zövqə görə üzərinə qaşda qoya bilərsiz.