Qadin.NET / Ev şəraitində dırnaqların bəzədilməsi

Ev şəraitində dırnaqların bəzədilməsi

Əziz Qadın.Netli xanımlar, yəqin ki, çoxunuz vaxt tapıb manikür etmək üçün gözəllik salonuna gedə bilmirsiniz. Bunun üçün sizə  ev  şəraitində manikür etməyin qaydalarını göstərmək istəyirəm.

Ev şəraitində dırnaqların bəzədilməsi
  Cücə şəklini xatırladan manikürü etmək çox  asandır. Sadəcə, sarı dırnaq boyasının üstündən göz, dimdik və ayaq şəkli çəkirik.
Ev şəraitində dırnaqların bəzədilməsi

Bu manikür də çox dəbli görünür. Şəffaf yapıdırıcıdan istifadə etməklə damalı manikür edə bilərik.

Ev şəraitində dırnaqların bəzədilməsi

Bu manikür gəıinlərə daha çox uyğundur. Dırnağa şəffəf dırnaq boyası çəkilir, sonra dırnağın ucunu zərə batırıb yenidən üstündən  şəffaf boya çəkilir.

Ev şəraitində dırnaqların bəzədilməsi
Bu  manikürdə isə dırnaqlar üçün olan dairəvi yapışdırıcıdan istifadə etməklə dırnaqlarımızı gözoxşayan edə bilərik.
Ev şəraitində dırnaqların bəzədilməsi
Mavi dırnaq boyasının 3 tonundan istifadə edilir. Əvvəlcə açıq mavi boya dırnağa çəkilir, quruduqdan sonra şəffaf yapışdırıcı dırnağa yapışdırılıb üzərinə bir az tünd mavı boya çəkilir, quruduqdan sonra eyni qayda ilə göy dırnaq boyası çəkilir.
Ev şəraitində dırnaqların bəzədilməsi
Dovşan şəkilli manikür çox sevimli  görünür. Dırnağa şəffaf dırnaq boyası  çəkilir, sonra dırnağın ucuna ağ boya sürtülur, daha sonra  dovşanın qulaqları, gözləri, burnu çəkilir.
Ev şəraitində dırnaqların bəzədilməsi

Bahar çıçəklərini xatırladan bu dırnaq  manikürü də çox gözəldir. Əvvəlcə  dirnağa açıq  yaşlı boya çəkilir, sonra nazik  uclu fırça qara dırnaq boyasına batırılıb budaqlar çəkilir. Sonra nazik uclu firça çəhrayı boyaya  batırılıb  güllər düzəldilir, sonda şəffaf dırnaq  boyası  çəkilir.

Ev şəraitində dırnaqların bəzədilməsi

Bu dırnaq manikürünü etmək qaydası çox asandır. Zövqünüzçə olan dırnaq  boyasını dırnağınıza çəkin, sonra dırnaq uclarından  başlayaraq nazik uclu fırça ilə sıx-sıx xallar qoyaraq getdikcə seyrəldin.

 

1 sentyabr 2013
GO BACK