Qadin.NET / Fərqli manikür nümunələri

Fərqli manikür nümunələri

Dırnaqlar xanımlarda sağlıq və baxımın ən önəmli göstəricilərindən biridir. Qırılma, qopma, çatlama kimi hallarda dırnaqlar pis görünür. Dırnaq baxımı kənardan baxanda asan görünür, amma bu olduqca diqqət tələb edən işdir, adətən qidalanmaqla əlaqədardır. Hər bir qadın istəyər ki, əlləri, dırnaqları daha baxımlı və gözəl, eyni zamanda cazibədar görünsün. Bəzən xanımlar dırnaqlarını manikür etdirmək üçün gözəllik salonlarında saatlarla vaxt keçirirlər. Amma salona getmədən də özünüz evdə dırnaqlarınızın qeydinə qala bilərsiniz.

Bu xəbərimdə sizlərə bir neçə manikur nümunələrini paylaşıram, buyurun baxın...smile

Fərqli manikür nümunələri

Bu manikur ağ dərili xanımlarda daha gözəl görünəcək. Bir rəngdən istifadə olunub və boyada parlaqlıq var.

Fərqli manikür nümunələri

Bu isə bir az qeyri-adi görünür. Pandalı dırnaqlar desək daha münasib olar.Bu manikür üçün üç rəng dırnaq boyası və ucu sivri bir əşya (ev şəraitində diş çöpündən istifadə edə bilərsiniz) lazım olacaq. rəngsiz boya quruduqdan sonra , qara və ağ rəngli dırnaq boyası ilə dırnaqlarınızın üzərində istədiyiniz  naxışın formasını çəkə bilərsiniz.

Fərqli manikür nümunələri

Bu manikür nümunəsi mürəkkəb görünür. Bu zaman sizə 4 rəng boya lazım olacaq. Bu, gündəlik deyil, özəl günlərdə daha münasib bir manikür nümunəsi ola bilər.

Qırmızı rəng manikür seçimində hər zaman dəbdədir. Bu manikürdə sizin əlləriniz cazibədar və gözəl görünəcək, ev şəraitində də asanlıqla bu manikürü edə bilərsiniz. Bunun üçün salona getməyinizə ehtiyac yoxdur.

Fərqli manikür nümunələri

Bu manikür ilk baxışdan çətin görünür, amma fantaziyası və əl qabiliyyəti olan xanımlar asanlıqla edə bilərlər.

Fərqli manikür nümunələri

Fərqli bir manikür nümunəsi... Parlaq və şık görünür..

Fərqli manikür nümunələri

Fransız manikürü... Çox sadə bir manikürdür., ki rəngdən istifadə olunur və ev şəraitində asanlıqla istifadə edə bilərsiniz.

Fərqli manikür nümunələri

Bu manikürdən toy etməyə hazırlaşan xanımlarımız da istifadə edə bilərlər.

Fərqli manikür nümunələri

Sanki dırnağınızın üzərində qar dənəcikləri olacaq. Sadəcə mükəmməl görünür...good

15 iyul 2013
GO BACK