Qadin.NET / Kvadrat şəkilli dırnaqların dizaynı

Kvadrat şəkilli dırnaqların dizaynı

 

Kvadrat şəkilli dırnaqların dizaynı   

 Qulluq olunmuş əllər və dırnaqlar: iş qadını, ana və həyat yoldaşı rollarını özündə cəmləşdirən, eyni zamanda özünü unutmayan müasir qadının əlləridir.
     Bəlkə də elə buna görə dırnaqların kvadrat şəkilli forması belə məşhurdur. O, universal, təbii və eleqantdır. Bundan əlavə, kvadrat şəkilli dırnaqlar ən maraqlı manikur etməyə imkan verir.
     Belə dırnaqların mühüm xüsusiyyəti odur ki, bu formada olan dırnaqlar qırılmalara daha çox davamlı olur. Manikürün qalıcı olması üçün daha narahat olmaya bilərsiniz. Bundan başqa, kvadrat forma həm uzun, həm də qısa dırnaqlarda çox gözəl görünür.

Belə forma kimə yaraşır? 

Kvadrat şəkilli dırnaqların dizaynı

     Kvadrat forma demək olar ki, hər bir dırnağa yaraşır. Yastı dırnaqlar və uzun incə barmaqlarda bu daha uğurlu görünür.
     Qısa kvadrat formalı dırnaqları geniş ovuclu və kök barmaqlı xanımlara etmək olmaz. Uzun dırnaqlı kvadrat forma istisnalıq təşkil edir. Belə halda, bu dırnaqlar vizual cəhətdən barmaqları uzun, əlləri isə daha gözəl edəcək.

Kvadrat formanı necə etmək lazımdır? 

Kvadrat şəkilli dırnaqların dizaynı

     Belə formanı dırnaqlara vermək olduqca asandır. Balaca manikür alətini götürün. Bəzi manikür ustaları bunu tünd rəngli dırnaqlarla etməyi məsləhət görür.

1. Dırnağı fikri şəkildə iki eyni hissəyə ayırın.
2. Dırnağı gözəyarı ayırdıqdan sonra, manikür alətini eyni istiqamətdə dırnağa sürtün, belə etdiyiniz halda dırnaq qırılmayacaq.
3. Bunu dırnağınızın o biri hissəsi ilə eyniliklə təkrar edin.
4. Dırnaqlarınızı manikür aləti ilə eyni uzunluqda olması üçün yaxşı yontun.
5. Qısa dırnaqların uclarını yaxşı olar ki, bir az oval edəsiniz,uzun dırnaqlarda isə əksinə, qoyun qalsın. Çünki, uzun dırnaqlarda iti uclar gözəl görünür. (xüsusən əgər bu dırnaqlar uzadılmadırsa)

30 iyul 2013
GO BACK