Qadin.NET / Dırnaqlara qulluq

Dırnaqlara qulluq

 


 Dırnaqlarınız tez tez qırılır? Zəif dırnaqlardan təngə gəlmisiz? Zəif dırnaqları möhkəmləndirməyin ən asan yollarını sizə təqdim edirəm...

 
 Cökə çiçəyi kremini əl və dırnaqlara çəkib, əllərinizə əlcək geyib (rezin və yun yox, xüsusi əl üçün olan kosmetik əlcəyi) yatın. Səhər kremin qalığını silin. Əlcəkləri yuyun. Bu proseduru ən azı 10 gün edin. Əlləriniz təravətlənəcək.

Bişmiş yumurta sarısını 4q. arı mumu ilə su hamamında əridib qarışdırın. Bura 5 ml şaftalı yağı damcıladın. Kütlə krem kimi olmalıdır. Bunu hər axşam dırnaqlara dibdən uca kimi cəkin. Əgər zəif, laylanan və sınan dırnaqıardan ömürlük xilas olmaq istəyirsinizsə, bu üsulu tətbiq etməniz kifayətdir. 

 

Dırnaqlara qulluq


Təbi mumu (və ya hazır satılan dırnaq parafinini) buxar hamamında qazana su töküb qaynadın. Sonra bu qazanın içinə kiçik qabda mumu yerləşdirib sudan çıxan buxarda mumu əridin, hər iki əlin barmaqlarını bu muma (yarı isti olanda)  batırıb, dərhal soyuq suya salın. Barmaqların ucunda qəliblər əmələ gələcək. Elə bu şəkildə yatın. 

 

 Bu proseduru həftədə 2 dəfə təkrarlayın 

 Cəmi 6 həftəyə zəif dırnaqlara əlvida  deyəcəksiniz.
                                           

21 oktyabr 2012
GO BACK