Dırnaq boyasının çəkilməsi
Boya çəkən zaman bəzi məqamlara diqqət yetirmək vacibdir.
Boyadan mütəmadi olaraq istifadə etmək məsləhət deyil, arada dırnaqlara fasilə vermək lazımdı. Axşam boyanı silib səhər yenisini də çəkmək olar. Və ya istirahət günləri dırnaqlara da istirahət vermək olar.
Boyanı quru dırnaqlara çəkmək lazımdı, buna görə dırnaqları yenidən quru pambıqla təmizləyin.
Əvvəlcə dırnağa bir qat qoruyucu boya çəkilir. Bu əsas boyanın daha da uzunmüddətli qalmasını təmin edir, dırnağın qırılmasının və qatlara soyulmasının qarşısını alır.
Əsas boyanı çəkərkən klassik metodlardan istifadə etmək olar. Boya əvvəlcə dırnağın orta zolağına, daha sonra isə kənar zolaqlarına çəkilir.
İlk qatı çəkəndən sonra bir qədər qurumasını gözləyib ikinci qat çəkilir. İki qatdan artıq boyanı çəkməyə ehtiyac yoxdur. Əks təqdirdə əziyyətiniz hədər gedə bilər.
Diş çöpünə nazik pambıq dolayıb boya təmizləmək üçün istifadə etdiyiniz xüsusi maddəyə batırın və dırnaqlarınızın kənarına bulaşmış boyanın qalıqlarını silin.
Boyanın qurudulması.
Manikür prosesində ən yorucu mərhələ dırnaq boyasının qurumasıdır. Bəzi qaydaları diqqətinizə çatdırırıq.
Boyanın tez quruması üçün əlləri soyuq suya qoymaq olar.
Boyanı fenlə qurutmaq məsləhət deyil, belə ki isti havanın təsiri nəticəsində boya nahamar quruya və rəng öz parlaqlığını itirir. Boyanın üzərində isə hava qovuqları əmələ gələ bilər.
İstənilən halda bütün işlərinizə bir müddət fasilə verib gözləməkdir. Unutmayın ki, siz dırnaqlarınıza bir neçə qatdan ibarət boya çəkmisiniz və sərf etdiyiniz vaxtın hədər getməməsi üçün səbr etməyə dəyər.
Dırnaqlarınızın daima səliqəli qalmasını istəyirsinizsə istər ev, istərsə də salon şəraitində iki həftə bir dəfə manikür etmək lazımdır.