1. Düzgün qayda da pilkalayın
Dırnaqlarınızı pilkalama formanız uzanma müddətində böyük rol oynayır. Məsələn, dırnaqlarınızı kvadrat formada pilkalayaraq, dırnaqlarınızın daha tez qırılmasına səbəb olarsınız. Dırnaqlarınıza dairəvi forma verin.
2. Dırnaqlarınızı havalandırın
Dırnaqlarınıza davamlı dırnaq boyası çəkmək, dırnaqlarınızın hava almasının qarşısını alır. Hava almayan dırnaq saralır və daha asta uzanır. Bu səbəbdən həftədə 1-2 gün dırnaqlarınıza dırnaq boyası çəkməməlisiniz.
3. Aseton istifadəsi
Davamlı aseton istifadəsi dırnaqların nazikləşməsinə səbəb olur. Bu görə də aseton istifadəsini azaltmalı və istifadədən sonra əllərinizi sabun ilə yumalısınız.
4. Sağlam qidalanın
Hüceyrə yenilənməsini təmin etmək məqsədi ilə bədənizin ehtiyac duyduğu vitamin, mineral və yağları nizamlı şəkildə qəbul etməyimiz olduqca əhəmiyyətlidir. Qida çatışmazlığı dırnaqların uzanmasını yavaşladır.