1. Sağlam dəri
Dünyadakı ən yaxşı makiyaj, altında sağlam dəri olan makiyajdır. Bir çox qadın dərisini nəmləndirmir, dərisinə qulluq etmir. Ona görə də, makiyaj məhsullarından istədiyini nəticəni ala bilmir. Dərini qidalandıran məhsullardan istifadə edin.
2. Tonal krem seçimi və tətbiqi
Daha dolğun dərilərdə yaxşı yayılmamış tonal krem pis görüntü yaradır. Dəri tipinə uyğun tonal kremlərdən istifadə edin. Düzgün seçilmiş tonal kremlərdən istifadə etmək olduqca faydalıdır.
3. Makiyaj tərzinizi dəyişin
Makiyaj məhsulların tarixinə baxın. Sağlam dəri üçün bu vacibdir. Vaxtı keçmiş məhsullar erkən yaşlanmaya səbəb olur. Makiyaj tərzinizi yaşınıza görə də yeniləyin. Gənclik illərindəki tərzinizlə, 40 yaşındakı tərziniz eyni olmamalıdır.