Qırmızı dodaq boyası
Yeni il şənliyinin ən əsas rəngi qırmızı rəng hesab olunur. Dodağınızda bu qədər güclü rəng varkən, dərinizdə daha təbii rənglərə üstünlük verməlisiniz.
Kontor tətbiq edin
Dəri rənginizə uyğun toz və ya krem formasında olan bronzerlə kontur verin. Kontur üz sümüklərini daha dolğun göstərəcək. Krem məhsullarına üstünlük verməyiniz, gecə ərzində qalıcılığını qorumağa kömək edəcək.
Dərin baxışlar
Üz və dodaq makiyajınızı daha sadə tonlarda tətbiq edə bilərsiniz. Gözlərinizin parıldamasına icazə verin. Gözlərinizi ön plana çıxaran layner və kirpik tuşlarından istifadə edin.
Təbii makiyaj
Təbii makiyaja üstünlük verirsinizsə, dəri makiyajınız ön plana çıxacaq. Çəhrayı və şaftalı tonlarındakı ənliklərdən faydalanaraq üzünüzə daha canlı görüntü qazandıra bilərsiniz. Dodaqlarınıza nəmləndirici və çəhrayı vəya nude tonlarındakı dodaq boyalarından faydalana bilərsiniz.