Bir gecə əvvəldən dərini hazırlayın
Dərini makiyaja hazırlamaq lazımdır. Maska hazırlamağa vaxtınız yoxdursa, dərinin bir gecə əvvəldən təmizləyərək makiyaja hazırlaya bilərsiniz. Sızanaq və qara nöqtələrdən təmizlənmiş, nəmləndirilmiş dəri makiyaj üçün idealdır.
Lazım olan ərzaqlar:
- 2 çay qaşığı qatıq
- 1 çay qaşığı soda (qazlı su)
- 1 çay qaşığı zeytun yağı
- 5 damla limon suyu
Hazırlanması və tətbiqi:
Qatıq və sodanı kasada qarışdırın və digər ərzaqları da əlavə edin. Sonra dəriyə çəkin və 6-7 dəqiqə gözləyin. Son olaraq ilıq su ilə dərini maskadan təmizləyin