Qadin.NET / Üz formasına görə makiyaj

Üz formasına görə makiyaj

 

Oval və yuvarlaq üz forması

Bu üz tipinə sahib olanlar, açıq rəngli və təbii görüntüyə sahib tonal kremlərdən istifadə etməlidirlər. Gözlərin və dodaqların eyni anda ön planda olduğu makiyajdan uzaq durmalıdırlar. Əgər gözləri vurğulamaq istəyirsinizsə, dodaqlara təbii kölgələr verin.

Üz formasına görə makiyaj

 

Dördbucaq üz forması

Tünd tonda tonal kremlərdən istifadə edin. Almacıq sümüklərin üst kənarına ənlik çəkərək dairəvi görünməsini təmin edə bilərsiniz.  Alın və burun bölgəsinə iki fərqli tonal kreminin qarışdırılıb vurulması, üzünüzü daha canlı və mükəmməl görüntü verəcək.

Üz formasına görə makiyaj

 

Uzun üz forması

Uzun üz formasına sahib insanlar, mütləq konturdan istifadə etməlidir. Çənə və alın bölgəsinə tünd rəngdə tonal krem çəkin, üzün qalan bölgələrində açıq tonda tonal kremlərdən istifadə edin. Üzünüzdə oval bir görüntü əldə etmək istəyənlər, ənlikləri yana doğru çəkməlidirlər.

Üz formasına görə makiyaj

 

Ürək formasında üzlər

Düzgün makiyajla oval görünüşə sahib ola bilərsiniz. Bunun üçün çənə və alın bölgəsinə diqqət etmək lazımdır. Tonal kremi təbii tonlarda, çənə bölgəsinə çəkməli, yanağa isə açıq rəngli ənliklərdən istifadə olunmalıdır. Ürək formasında üzlər üçün göz bölgəsini vurğulamaq vacibdir. Buna görə də, tünd rəngli göz makiyajından istifadə etmək lazımdır.

Üz formasına görə makiyaj

 

17 yanvar 2019
GO BACK