Tuş
Boş tuş qabına ehtiyacınız var. 1 çay qaşığı hindistan qozu yağı, 1 çay qaşığı E vitamini yağı və yarım çay qaşığı soya. Bu ərzaqları benmari üsulu əridib qarışdırın. Sonra içinə 3 yemək qaşığı aloe vera əlavə edib qarışdırmağa davam edin. Qara rəng alması üçün 1 ədəd aktiv kömür kapsulu istifadə edin.
Dodaq boyası
Dodaq boyası üçün vazelin və ya arı mumuna ehtiyacınız var. 1 yemək qaşığı vazelini benmari üsulu əridin, içinə 1 çay qaşığı qliserin (təbii piylər və yağlar mürəkkəb efirlərdən, yüksək doymuş və doymamış turşulardan ibarətdir), 1 çay qaşığı "vanil özü" və istədiyiniz rəng qida boyası əlavə edin. Bitən dodaq boyası qabına boşaldaraq bir gecə soyuducuda saxlayın.
Pudra
Evdə pudra hazırlamaq üçün nişastaya ehtiyacınız var. Dəri rəngini əldə etmək üçün kakao və pudranı biraz isitmək üçün darçın əlavə edin.
Layner
1 ədəd aktiv kömür kapsulu ilə eyni miqdarda hindistan qozu yağını qarışdıraraq layner hazırlaya bilərsiniz.