Kirpik buran alətin isidin
Kirpiklərinizin dolğun görünməsini və uzun müddət qalıcı olmasını istəyirsinizsə, saç qurudan fenlə kirpik buran aləti isidin və ardınca kirpiklərinizi burun. Bu formada burulan kirpiklər daha dolğun və uzun görüntü qazanır.
Kirpiklərinizi darayın
Kəskin və tək-tək ayrılmış kirpiklər istəyirsinizsə, kirpiklərinizi daradıqdan sonra tuş çəkin. Bunun sayəsində kirpiklərinizdə istədiyiniz görüntünü əldə etmiş olacaqsınız.
Limon qabığı
Hind yağı və zeytun yağını bir qabın içinə tökün və içinə 1 y/q qurudulmuş limon qabığı əlavə edərək 1 neçə gün gözləyin. Alınan qarışımı kirpiklərinizə gecə yatmadan əvvəl baxım edərək tətbiq edin və səhər oyandıqda durulayın.