Yanaqlarınız parıltılı olsun
Yeni il demək, hər yer parıltılı deməkdir. Buna görə də ruhumuz parıldayan nəsnələrə müsbət reaksiya verir və yaxşı hiss etməyimizə səbəb olur. Yanaqlarınıza, qaş sümüyünün altına və gözlərinizin qırağına pudra formasında parıltı vurun.
Qaşlarınızı nəzərə çarpan edin
Qaşlar üzdəki ifadəni göstərir, buna görə də diqqət mərkəzidir. Əgər qaşlarınızı səhv alsanız, üzünüzün ifadəsi də dəyişər. Bu xüsusi gündə də qaşlarınızı mütəxəssisə etibar edin, gözə çarpan qara tonlardan istifadə edin.
Ənlik seçimində diqqətli olun
Makiyajın ən vacib qismi ənlikdir. Düzgün seçilmiş kölgə sizi cəlbedici göstərə bilər. Əgər pudranız və tonal krem parıltılıdırsa, mat ənlik istifadə edin. Ancaq digərləri matdırsa, parıltılı ənlik daha düzgün seçim olacaq.
Layner çəkmədən gecəyə hazırlanmayın
Gözlərinizə layner çəkməyi unutmayın. Gözünüzün və donun rənginə uyğun tonlar istifadə edin və onu laynerlə tamamlayın.
Qırmızı dodaq boyası
Yeni il gecəsi qırmızı dodaqlar deməkdir. Siz də makiyaj və geyiminizə uyğun qırmızı tonu seçə bilərsiniz. Qırmızı sizə daha cazibədar göstərəcək.