Qırmızı dodaq boyası əl qaldırsın
Qırmızı mat dodaq boyası görənləri tilsimləyir. Makiyajda dodaqları ön plana çıxarmağı sevənlər, qırmızının sehrindən istifadə etməlidir. Qırmızı mat dodaq boyası sevməyənlər, qırmızı dodaq qələmindən də istifadə edə bilər.
Gözlərdə alov təsiri
Makiyajın əvəz edilməz detalı gözlər olanlar üçün də yeni il ruhunu göz makiyajı ilə əks etdirmək mümkündür. Qırmızı, torpaq, şaftalı tonları ilə göz qamaşdıra bilərsiniz. Yeni ildə qırmızı tonları ilə parıltını birləşdirərək alternativ parıltı yaratmış olarsınız.
Yanaqlar parıltılı
Dərinin gün ərzində qüsursuz görünməsini təmin edən, parıltılı ənliklərlə makiyajınıza son gözəl toxunuş edə bilərsiniz.
Yeni il dırnaqlarda
Yeni ilin digər əvəz edilməzi təbii qırmızı dırnaq boyasıdır. Yeni ildə gözəlliyini qırmızı dırnaq boyası ilə tamamlamaq istəyənlər dırnaqlarına parlaq rəngli boyalar çəkməlidirlər. Solmayan rənglərdən istifadə edin.