Makiyaj edərkən kimyəvi maddələrdən uzaq olmaq istəyirsinizsə, dodaq boyasını evdə hazırlaya bilərsiniz.
1 ədəd kiçik boy qırmızı turp
Hindistan qozu yağı
Əsil bal
Hazırlanması:
Turpu yaxşıca yuyub, qabıqlarını soyun. Sonra sürtgəc köməyi ilə sürtgəcdən keçirib suyun çıxmasını təmin edin. Çıxan suyu təmiz bintlə süzün və bir qabın içinə tökün.
İçinə iki yemək qaşığı Hindistan qozu yağı ilə çay qaşığı bal qoyun və yaxşıca qarışdırın. İstədiyiniz rəng olana qədər turp suyu əlavə edə bilərsiniz. Qarışımı hazırladıqdan sonra dodaq boyası kimi istifadə edəcəyiniz qaba tökün və soyuducuda donmağa qoyun. Bir neçə saat gözləyin.
Hazırladığınız dodaq boyasını sərin yerdə saxlayaraq 1 ay ərzində istifadə edə bilərsiniz.