1. Quru dəriyə makiyaj etmək
Makiyaj edərkən edilən ən böyük xətalardan biri nəmləndirici istifadə etməməkdir. Dərinin yağlı və ya quru olmasının fərqi yoxdur, dərini əvvəlcə təmizləməli, sonra nəmləndirici çəkməlisiniz. Quru dəriniz varsa, pudra yerinə krem məhsullarından istifadə etməlisiniz.
2. Yaş artıqca həmişə eyni tonal kremdən istifadə etmək
Yaş artıqca dəri elastikliyini itirməyə başlayı. Qırışlar görünməyə başlayır. Buna görə də yeni tonal krem almalısınız. Yaşınıza uyğun tonal krem istifadə etməlisiniz.
3. Tuş fırçasını qabına çox salıb çıxarmaq
Makiyaj fırçasını qaba çox salıb çıxardıqda, qabın içinə hava girir və bakteriyaların ora dolmasına səbəb olur. Bu da gözlərinizin mikroba məruz qalmasına səbəb olur.
4. Dəri makiyajını boyun aşağısına qədər endirməmək
Bir çox insan boyuna qədər makiyajını tamamlamır. Bu uzaqdan baxıldıqda rəng fərqliliyinə səbəb olur. Mütləq bu xətatdan qaçın.
5. Tonal kremi səhv yerdə yoxlamaq
Tonal krem alarkən adətən biləklərə qədər çəkilir və rəng biləkdəki uyğunluğa görə seçilir. Ancaq bu səhv seçim etməyinizə səbəb olur. Əl rəngi üzdən fərqlidi. Ən uyğun yerən çənə xəttidir. Tonal kremi çənədə yoxlamalısınız.
6. Quru dodaqlara dodaq boyası çəkmək
Əgər dodaq boyası çəkdikdən bir müddət sonra silinirsə, dağılırsa və ya quruyursa altına nəmləndirici çəkməməklə əlaqəlidir. Nəmləndirici çəkməyi unutmayın.