Gənc göstərən makiyaj tövsiyələri
- Qalın və qatı tonal krem çəkmək qırışlarınızı ön plana çıxarır. Nəmli süngər köməyi ilə tonal kremi üzünüzə çəkin.
- Yaş artıqca gözaltındakı dərilər zamanla nazikləşər. Buna görə də, örtücüdən istifadə edərkən nazik çəkməyə çalışın.
- Dərinizə pudra çəkirsinizsə, T bölgəsinə çəkməlisiniz. Bütün üzünüzə çəkdikdə cizgiləriniz ortaya çıxar.
- Yanaqlarınıza ənlik çəkərkən böyük fırça ilə deyil, xəfif toxunuşlarla kiçik fırça ilə çəkin. Rəng seçiminiz gül qurusu tonlarında olmalıdır.
- Dodaq boyası çəkərkən ilk əvvəl dodaq xətlərini ortaya çıxarın. Üstündən parlaq bir boya ilə keçin.