Açıq rəngli dəriyə sahib olan qadınlar
Dodaq boyası seçərkən xüsusilə, daha açıq çəhrayı və narıncı rənglərə üstünlük verə bilərsiniz. Dodaqları qalın və dolğun olanlar isə daha tünd rənglərə üstünlük verməlidir.
Nə açıq, nə də tünd rəngli dəriyə sahib olan qadınlar
Qızılı çəhrayı, narıncı tonları və bənövşəyi-çəhrayı qarışımlı dodaq boyalarına üstünlük verə bilərlər. Nude tonları da bu cür dəriyə sahib olan xanımların həm gündüz, həm də gecə istifadə edə biləcəyi rənglər arasındadır.
Tünd rəngi dəriyə sahib olan xanımlar
Açıq rənglərdən uzaq dayanmalıdır.Qəhvəyinin hər tonunu istifadə edə bilərlər. Qəhvəyinin tonları və torpaq rəngləri, bu qadınlarda həm çox təbii görünəcək, həm də dərinizin rənginə uyğun olacaq.
Saç və göz rənginə uyğun
Saç və göz rənginə görə dodaq boyası seçimin də isə, qızıl saç rənginə sahib olanlar çəhrayı, mərcan tonları və tünd qəhvəyi rəngi seçə bilərlər. Saçları qəhvəyi rəngdə olanlar çəhrayı mərcan tonlarına üstünlük etməlidirlər. Sarı saçlılar üçün isə bənövşəyə yaxın çəhrayı, açıq çəhrayı, qırmızı tonları, karamel və isti çəhrayı tonları idealdır. Son olaraq qara saç rənginə sahib olanların albalı qırmızı və qırmızının diyər tonlarına üstünlük verməlidir. Göz rənginə görə seçim etdiyinizdə həm gözlərinizi həm də dodaqlarınızı ön plana çıxa bilər. Mavi gözlərə sahib olanlar isə albalı və qırmızının fərqli tonlarını seçə bilərlər.