Qadin.NET / Göz formanıza görə layner çəkimi

Göz formanıza görə layner çəkimi

 

Xırda və uzun gözlərə sahibsinizsə

Göz qapaqlarınız kiçik olduğundan, layneri mümkün olduğu qədər kirpiklərinizə yaxın çəkin. Qalın layner qələmi sizin üçün mükəmməl bir vasitə olacaqdır. Gözlərinizi daha kiçik göstərəcəyi üçün göz altlarınıza layner çəkməyin.

 

Göz formanıza görə layner çəkimi

 

 

Kiçik göz qapaqlarına sahibsinizsə

Göz qapaqlarınıza qələm çəkmək gözünüzün daha kiçik görünməsinə səbəb olur. Buna görə sadəcə kirpiklərinizin arasındakı boşluqları doldurmaq üçün gözünüzün iç hissəsinə qələm çəkin. Sonra gözlərinizin daha parlaq və böyük görünməsi üçün aydınladıcı istifadə edin.

 

Göz formanıza görə layner çəkimi

 

 

Axan göz qapaqlarına sahibsinizsə

Alt kirpik xəttinə göz qələmi çəkməyin. Gözlərinizi qaldırmaq üçün "cat eye" makiyajını yoxlayın. Laynerinizin quyruğunu qaşınızın ən yüksək nöqtəsinə bərabər olacaq şəkildə başladın və yavaşca yuxarı doğru çəkin. 

 

Göz formanıza görə layner çəkimi

 

 

Yuvarlaq gözlərə sahibsinizsə

Yuvarlaq gözlərə gözü tutacaq bir layner çəkmək lazımdır. Gözünüzün künclərinə diqqətinizi cəmləyin. Üst və alt kiprik xətlətinin üçdə ikisinə qələm çəkərək başlayın və bu qələmi gözünüzün küncünə birləşdirin. Daha sonra bir az daha uzadın.

 

Göz formanıza görə layner çəkimi

 

 

Badam gözlərə sahibsinizsə

Əgər badam gözlərə sahibsinizsə, hər layner forması sizə yaraşacaqdır. Ancaq göz formanızı ən gözəl göstərəcək layner gözün iç hissəsinə incə başlayıb getdikcə qalınlaşan layner formasıdır. Daha dramatik bir təsir yaratmaq üçün laynerinizin ucunu azca yuxarı çəkin.

 

Göz formanıza görə layner çəkimi

 

23 may 2018
GO BACK