Qadin.NET / Dodaqlarda Koreya trendi

Dodaqlarda Koreya trendi

 

 

Dodaqlarda Koreya trendi

 

 Degrade dodaq makiyajı 

Bu makiyaj dodaqları daha balaca göstərmək üçün edilən makiyajdır. Ombre dodaq makiyajının əksidir. Ombre dodaq makiyajında dodaqların iç tərəfi daha açıq rəngdə, xarici isə daha tünd rəngdə olduğu üçü dodaqlar olduğundan daha böyük və dolğun görünür. Degrade dodaq makiyajında isə tam tərsinə dodaqların xarici tərəfi daha açıq rəngdə, iç tərəfi isə daha tünd rəngdə olur, bu da dodaqların daha kiçik görünməsinə səbəb olur.

 

Dodaqlarda Koreya trendi
 

 

Necə edilir?

İlk olaeaq dodaqları makiyaja hazırlamaq lazımdır. Buna görə bir dodaq peelingi ilə ya da diş fırçası ilə dodaqları ölü dəridən təmizləyin. Daha sonra bir nəmləndirici ilə nəmləndirin. Bu mərhələdə sonra dəri rənginə yaxın bir dodaq boyasını süngər köməyi ilə dodaqların qırağına yayın. Nude, açıq çəhrayi dodaq boyası dodaqları xəfif rəngləndirir. Daha sonra bir neçə ton tünd dodaq boyası ilə dodaqların içindən qırağına doğru boyayın. Bu mərhələdə tünd rəngli boyanı dodaqların qırağına çox yaxınlaşdırmayın. 

 

Dodaqlarda Koreya trendi
 

 

 

10 may 2018
GO BACK