Qadin.NET / Üz formasına görə ənlik necə çəkilməlidir?

Üz formasına görə ənlik necə çəkilməlidir?

Üz formasına görə ənlik necə çəkilməlidir?

Oval üzlər ən ideal üz tipi olaraq tanınır. Almacıq sümükləri bilinən və üzə ediləcək makiyajla almacıq sümüklərinin altının doldurulması yanaqların daha çox ortaya çıxmasına səbəb olacaqdır. Ənliyi almacıq sümüklərinin tam üstünə çəkməyiniz kifayət edəcəkdir.

 

Üz formasına görə ənlik necə çəkilməlidir?

Kvadrat üzə sahibsəniz xətlərinizi bir az olsun yumşaltmaq istiyə bilərsiniz. Ənliyi orta boy fırça ilə burnunuzun bir az yanından çəkməyə başlamalısınız. Fırçanı qulaqlarınız yaxınlaşdıraraq çəkdiyinizdən əmin olun. Həmçinin almacıq sümüklərinin üstünə müdaxilə etməməyiniz, istənilən yumşaq xətlərə sahib olmanızı təmin edəcəkdir.

 

Üz formasına görə ənlik necə çəkilməlidir?

Uzun üz tipinə sahibsinizsə, ənliyin çox kəskin görünməməsinə diqqət edin. Ənliyi sadəcə yanaqlara və sağ diblərinə çəkib yaxşıca dağıdın. İstəsəniz üzərinə şəffaf pudra çəkərək daha yumşaq görünüş yarada bilərsiniz. Diqqət etməniz lazım olan, üzünüzün daha uzun görünməsini təmin etməkdir.

 

Üz formasına görə ənlik necə çəkilməlidir?

 

Yuvarlaq üzə sahibsəniz daha incə görünmək üçün ənlik çəkməlisiniz. Almacıq sümüklərindən başlayaraq qulağın üst hissəsinə doğru çəkməlisiniz. çəkərkən üzünüzdə V hərifi yaratmağınız da incə görünməyinizi təmin edəcəkdir. 

13 aprel 2018
GO BACK