Baharın makiyaj trendi
Bahar aylarının gəlməsi ilə birlikdə sezonun saç və geyim trendləri müəyyənləşdirildi. Saçın və geyimin əsas tamamlayıcısı makiyajdır. Bəs bu ilin makiyaj trendi nədir?
Bu sezon parıltılı geyimlər istər-istəməz sadə makiyaj trendini özü ilə birlikdə gətirir. Sadə makiyaj cəsur bahar tonları ilə birlikdə gəlir
Təbii gözəllik
Makiyaj sənətçisi Nuran Öztürk, son vaxtlar ortaya çıxan sadəliyə dönüşün makiyaj tərzinə də təsir etdiyini bildirir. Dərinin təbii və sağlam görünməsi, makiyajsız kimi görünən porselen makiyaj getdikcə trend olur.
Xüsusilə, bahar aylarında yeni bir görünüş üçün, həddindən artıq tonal krem istifadəsi yerinə, dəriyə parlaqlıq verən pudralara baş vurmaq lazımdır.