Romantik bir yeməyə və ya görüşə gedərkən həm təbii, həm də zərif bir makiyaj istəyirsinizsə, bu addımları izləyin. Romantik görüş üçün göz makiyajını sizə təqdim edirik.
- Göz qapaqlarınıza açıq krem rəngli göz teni çəkin.
- Kölgə fırçası ilə ortadan gözünüzün xaricinə qızılı rəngli ten çəkin.
- Göz qapağının qırışdığı bölgəni qəhvəyi rənglə rəngləndirin. Üç rəngi yavaş-yavaş hamarlayın.
- Üst kirpik cizgisini qəhvəyi şokolad rəngli qələmlə tündləşdirin.
- Tünd qəhvəyi tenlə gözünüzün uc qismini tündləşdirin.
- Gözün xaricdən alt kirpik cizgisinə də eyni üsulu tətbiq edin.
- Daha sonra kirpik cizgisini tündləşdirin.
- Son olaraq tuş 2 qat çəkərək makiyajınızı tamamlaya bilərsiniz.