Qadin.NET / Göz makiyajı

Göz makiyajı

Makiyaj üz gözəlliyinizi ön plana çıxaran və geydiyiniz paltarların təsirini artıran vasitədir. Göz qələmi isə bu vasitənin imtina edilməz bir ünsürüdür. Göz qələmi çəkərkən nələrə diqqət yetirmək lazımdır?
- Makiyaj üzün üst qismindən alt qisimlərə doğru lay-lay tətbiq olunmalıdır. Bu səbəblə əvvəl tonal krem və ya pudranızı çəkməlisiz. Göz qələmi isə göz üçün kölgə və kirpik üçün tuşdan əvvəl, tonal kremdən dərhal sonra çəkilməlidir.
- Göz qələmini gözünüzün içinə sürtdüyünüz zaman gözlərinizi bir neçə dəfə qırparaq dağılmasını təmin etməniz lazımdır.
- Göz qələminizin ucu çox iti olmamalıdır. Xüsusilə içə çəkərkən iti uclu qələmlər təhlükəli ola bilər.

 


- Göz qapağı üzərinə və ya göz altındakı kirpiklərin dibinə göz qələmi çəkmək istəyirsinizsə, incə uclu bir fırçanın köməyi ilə dağıtmaqla dumanlı təsir yarada bilərsiniz.

-  Göz qələmini təmiz saxlamaq olduqca əhəmiyyətlidir. 
-  Gecə yatmazdan əvvəl göz qələminizi silməyi unutmayın. Gecə makiyajlı yatmaq həm dərinizə zərər verər, həm də qırışıqlıqların artmasına səbəb olar.

- Gecə makiyajında eyelinerdən istifadə edin. Göz makiyajınızı edərkən onun saç və dəri rənginizə, paltarınıza uyğun olmasına diqqət yetirməlisiniz.

 


- Gözlərinizə çəkdiyiniz göz qələminin daha təbii görünməsini istəyirsinizsə, göz qələminizi üst göz qapağınızın iç qisiminə tünd şəkildə çəkib gözlərinizi açıb-bağlayaraq alt kirpiklərinizin diblərinə yayılmasına çalışın. 
- Baxışlarınızın daha çox ön plana çıxmasını istəyirsinizsə, yalnız üst kirpiklərinizə tuş çəkin, dodaqlarınız üçün açıq rəngli pomada seçin. 
- Linzadan istifadə edirsinizsə, eyelinerinizi göz qapağınızın üstünə kirpik diblərindən başlayaraq tək xətt şəklində çəkin. 


 

 

11 oktyabr 2011
GO BACK