Dumanlı göz makiyajı
Dumanlı göz makiyajını linzadan istifadə edərkən seçin. Çünki eynək istifadə edərkən gözünüzə tətbiq etdiyiniz makiyajı olduğundan tünd göstərə bilər. Eynək istifadə edərkən açıq rəngli tenlərdən istifadə edin.
Göz qələmi
Göz qələminizi, eynəyinizlə eyni rəngdə seçməyin. Əgər eyni rəngdə bir göz qələmindən istifadə etsəniz, bu gözlərinizi balaca göstərəcək. Buna görə eynək rəngindən bir iki ton açıq rəngdən istifadə edin.
Tuş
Əgər eynəkdən istifadə edirsinizsə, alt kirpiklərinizə tuş çəkməyin. Bu sizdə yorğun görüntü yaradacaq.
Cild makiyajı
Eynəkdən istifadə edərkən bütün diqqət gözlərdə olsa da, cild makiyajını unutmamılısınız.