Qadin.NET / Qırmızı dodaq boyasını necə istifadə etməli?

Qırmızı dodaq boyasını necə istifadə etməli?

Makiyaj dedikdə ağla gələn ilk məhsul olan qırmızı dodaq boyası, hər bir qadının sevdiyi, amma istifadə etməyə tərəddüd etdiyi bir makiyaj materialıdır. Qırmızının cazibədarlığı qadınların dodaqlarında tamamilə başqa bir ölçü qazanır. Əgər qırmızı dodaq boyası çəkməyə qərar verirsinizsə, doğru kombin etməyə diqqət göstərməlisiniz.

Qırmızı dodaq boyasını necə istifadə etməli?
Ofis üçün qırmızı dodaq boyası
 İş həyatınızda qırmızı rəngdə pomada istifadə etmək istəyirsinizsə, işə gedərkən o pomadaya və mühitə uyğun bir üsul tətbiq edin. İsrafçılıqdan çəkinin və mümkün olduqca düz, naxışsız parçaları istifadə edin. Düz, müasir bir paltarı qəşəng və soyuqqanlı bir gödəkcə pencəklə kombinləyin. Ayaqqabı və çanta məsələsində də çanta əvəzinə daha gündəlik və üslub sahibi modelləri üstünlük verin. Düz fenli və ya at quyruğu formasında toplanmış bir saç şəkli və gözləri arxa planda qalacaq yüngül bir makiyaj edin. Son olaraq simanızı mat bir qırmızı pomada ilə tamamlayın.
Qırmızı dodaq boyasını necə istifadə etməli?
Həftə sonu üçün qırmızı dodaq boyası
 Həftə sonu sevgi dolu və əyləncəli vaxt keçirərkən qırmızı dodaq boyasının sizi müşayiət etməsini istəyirsinizsə, tarazlığı yaxşı qurmağa diqqət göstərin. Üstünüzə qırmızı pomada gözəl bir harmoniya tutan xətli bir köynək geyinin və bu köynəyi dar bir cins şalvarla kombinləyin. Ayaqqabı olaraq da seçiminizi kiçik bağlı və rahat hərəkət edə biləcəyiniz ayaqqabılardan yana edin. Yanınıza əldə daşınan bir çanta alın və bunun xaricində çoxlu aksessuar istifadə etməməyə çalışın. Saçınızı da iri dalğalı edərək,  ya da dağınıq bir şəkildə yığın ancaq iri dalğa edərkən toya gedər kimi düzəldilmiş maşa bir saç modeli kimi görünməməsinə diqqət edin. Kosmetika da paltar və saçınız olduğu kimi mümkün qədər təbii tonları istifadə edin və bu təbii makiyajı qırmızı dodaq ilə hərəkətə gətirin.
Qırmızı dodaq boyasını necə istifadə etməli?
Parlaq bir gecə üçün qırmızı dodaq boyası
 Xüsusi bir gecədə qırmızı dodaq boyası istifadə edərkən sizin tərziniz dövrəyə girir. Daha parlaq bir tərziniz varsa, həyat xilaskarı qara paltarınızı qəşəng laklı dəri bir stilettoyla və bu kombine uyğun bir çantayla birləşdirin. Daha fərqli və diqqət çəkən bir tərziniz varsa, 40-cı illərin naxışlı paltarlarından bir modeli platforma dikdaban ayaqqabıyla tamamlayın. Sadə və zərif bəzəklərlə simanızı hərəkətə gətirin. Hər iki kombi də dodaqlarınızı ön plana çıkaracağınızdan görə sadə göz makiyajını seçim edin, ancaq qarlaq bir gecə olacaqsa, gözlərinizə qara göz qələmi çəkməyi unutmayın.
26 iyun 2017
GO BACK