Qadin.NET / Yeni makiyaj trendi: Draping

Yeni makiyaj trendi: Draping

Yeni makiyaj trendi: Draping

Modada son illərdə geriyə dönmələr olduqca çoxdur. Buda 70-ci illərin makiyaj trendidir. Draping makiyaj trendi əslində keçmişdə gördüyümüz və gözümüzün son dərəcə aşiq olduğu bir taktikadır. Təbii makiyajdan və təbii tonlardan xoşu gələnlərin çox sevəcəyi bu taktikada əsas vəsait ənlikdir. Son bir neçə ilin trendi ənlikdən istifadə edilirdi. Bu taktika da bürünc rəng yerinə çəhrayı və şaftalı rənglərində ənliklə üzü kölgələndirib, aydınlaşdıra bilirik.

Yeni makiyaj trendi: Draping

Nəticə olduqca aydınlıq bir dəri makiyajıdır

Dünyaca məşhur təqdimatlarda da görəməyə başladığımız bu taktikanın edilməsi də olduqca asandır. Bir ənlik fırçası və ya kəsik uclu fırça ilə bu görüntünü asanlıqla əldə edə bilərsiniz. Almacıq sümüklərinin altına ənlik çəkdikdən sonra, bir neçə ton açıq başqa bir ənliklə də almacıq sümüklərinizi üzərini aydınlaşdıra bilərsiniz. Bu həm təbii, həm də aydınlıq bir dəri makiyajı olacaqdır.

Yeni makiyaj trendi: Draping

Şaftalı və çəhrayı tonları istifadə edilir

Şaftalı və çəhrayı ənlik istifadə edildiyi bu makiyajı edərkən diqqət etməyiniz lazım olan bir neçə vacib nöqtə var. Bu nöqtələrdən ən vacibi canlı olan dəri makiyajını göz və dodaq makiyajı edərək şişirtməməkdir. Yetərincə canlı olan  dərinizi yüngül bir göz makiyajı və dəri rəngində dodaqlarla tamamlamalısınız.

8 may 2017
GO BACK